Qol.Az

Kavani: "PSJ-də qalmağa hazıram"

[04.04.2016]
Kavani: "PSJ-də qalmağa hazıram"

PSJ-nin hücumçusu Edinson Kavani gələcək karyerası haqda danışıb.

Qol.az-ın "Telefoot"a istinadən verdiyi məlumata görə, uruqvaylı futbolçu PSJ-də qalmağa hazır olduğunu bildirib:

"Mövsümün sonunda klub prezidenti ilə danışacam. Bu il mənim üçün çətin keçdi. Ancaq hər zaman komanda yoldaşlarımın dəstəyini hiss etdim. İbrahimoviçlə birgə oynadığım üçün şadam. Komandada qalmağa hazıram".

Qeyd edək ki, 29 yaşlı futbolçunun yeni mövsümdən "Yuventus"da oynayacağı bildirilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.