Latviyanın yüksək liqasında 3-cü turun oyunları keçirilib.
Qol.az-ın məlumatına görə, azərbaycanlı futbolçular Orxan Qurbanlı və Mirabdulla Abbasovun çıxış etdiyi “Dauqavpils" klubu yeni mövsümdə ilk qələbəsi qazanıb.
Dauqavpils şəhərinin eyniadlı komandası öz meydanında “Riqa FS”ə 1:0 hesabı ilə qalib gəlib.
Start heyətdə meydana çıxan Orxan 90-cı dəqiqədə əvəzlənib. Mirabdulla isə sona qədər mübarizə aparıb.
Qeyd edək ki, müqavilə ilə “Neftçi”yə məxsus olan hər iki futbolçu Latviya klubunda icarə əsasında çıxış edir.