Qol.Az

Düşmənə növbəti ağır zərbə - XÜSUSİ XƏBƏR

[04.04.2016]
Düşmənə növbəti ağır zərbə - XÜSUSİ XƏBƏR

Hücuma keçən Ermənistan ordusunun 3 tankı və 30-dək hərbçisi məhv edilib

Aprelin 4-də erməni silahlı bölmələri Xocavənd - Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib.

Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.