Qol.Az

Bədavi Hüseynovun yubiley oyunu

[04.04.2016]
Bədavi Hüseynovun yubiley oyunu

Topaz Premyer Liqasının 28-ci turu “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov üçün əlamətdar olub.
 
Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Xəzər Lənkəran”la qarşılaşma milliləşən legioner üçün ölkə çempionatında “göy-qaralar”in heyətində 100-cü olub.

Müdafiəçi bu görüşlərdə qol hesabını aça bilməyib. Bədavi “Qarabağ”ın tarixinə bu komandada ən azı 100 çempionat matçına çıxan 27-ci oyunçu kimi düşüb. Cari mövsümdə Riçard Almeyda və Muarem Muarem də bu səddi arxada qoyub.

Qeyd edək ki, “Qarabağ”da 2012/13 mövsümündə debüt edən Hüseynov həmin çempionatda 17, 2013/14 mövsümündə 32, 2014/15 mövsümündə 28 oyun keçirib. Cari mövsümdəki 23-cü görüş “Qarabağ”la 100-cü olub. Ağdam təmsilçisinədək “Sumqayıt”da da oynamış müdafiəçi ümumilikdə Premyer Liqada 126 matçda iştirak edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.