Qol.Az

Ronaldinyo ikinci divizion klubunda

[04.04.2016]
Ronaldinyo ikinci divizion klubunda

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun yeni klubu müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə  görə, 36 yaşlı oyunçu Perunun ikinci divizion təmsilçisi  "Syensiano"ya transfer olunub.

Bu barədə klubun rəsmi "Facebook" səhifəsində Ronaldinyonun yer aldığı videgörüntü yayımlanıb. O, videogörüntüdə tezlikdə sözügedən klubun formasını geyinəcəyini söyləyib.

Qeyd edək ki, Ronaldinyo son olaraq "Fluminense"də çıxış edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.