Qol.Az

Vüqar Nadirov: "Şəhid olmaq hər birimiz üçün şərəf olar"

[04.04.2016]
Vüqar Nadirov: "Şəhid olmaq hər birimiz üçün şərəf olar"

“Cəbhədə baş verənlər hamımız üçün əsas mövzudur. Allah şəhidlərimizə rəhmət eləsin. Mənim atam da şəhid olub. Şəhid oğlu olmaq nədir bilirəm”.

Qol.az-ın sport7.az saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Bakı “İnter”inin futbolçusu Vüqar Nadirov deyib.

V.Nadirovun atası, “general Ərşəd” ləqəbli Ərşad Nadirov cəbhənin Ağdam istiqaməti uğrunda gedən döyüşlərdə şəhid olub.

“Şəhidkərin valideynlərinin, uşaqlarının necə çətin vəziyyətdə olduğunu bilirəm. Amma torpaqlarımızın hər hansı hissəsinin geri qaytarılması sevindiricidir. Ümid edirəm ki, bu davamlı olacaq.

Ağdama, doğulduğum torpağa qayıtmağı çox istərdim. Həm də atamın qəbri oradadır. Onun qəbrini ən azından ziyarət edərdim. Şəhid olmaq, vətən uğrunda ölmək hər birimiz üçün şərəf olar” – deyə V.Nadirov bildirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.