Qol.Az

Tərlan Əhmədov: "Bizi çətin oyunlar gözləyir"

[03.04.2016]
Tərlan Əhmədov: "Bizi çətin oyunlar gözləyir"

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Kəpəz"i 3:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra fikirlərini bölüşüb.

Qol.az sportnet.az-a istinadla 45 yaşlı mütəxəssisin açıqlamalarını təqdim edir.
 
- Allah şəhidlərimizə rəhmət eləsin. Açığı, ötən oyundan sonra yorğunluq var idi. Bu oyunda rəqibə müdafiədən hücuma başlamasına imkan verməmək istəyirdik. Aydının oyunu məni sevindirir. Artıq qollarını sıralayır. Bu oyunda rəqibdən çəkinirdik. Başda Rail olmaqla hamıya təşəkkür edirəm. Bizi çətin oyunlar gözləyir.

- AZAL öz meydanında uğurlu nəticələr göstərir. Bu stadionun sirri nədi?

- Bunu rəqib axtarsın. Mənə maraqlı deyil . Bu meydançada daha istəklidi. Biz rəqib meydanda da qalib gəlmişdik. Meydanımızda aqressiv oluruq.
 
- Avrokubokları düşünmək barədə həyəcan yaratmır.

- Bu haqda hələ düşünmürük. Amma şans varsa yararlanmaq istəyirik. Çalışıb oyunumla buna nail olaq.

- Artıq uğur azarkeşləri tribunaya qaytarıb.

- Bəli, razıyam uğur olduqca azarkeşlərdə də maraq yaranır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.