Qol.Az

AZAL-dan əsgər salamı

[03.04.2016]
AZAL-dan əsgər salamı

AZAL-ın futbolçuları Azərbaycan Premyer Liqasının XXVII turunda "Kəpəz" üzərində qazandıqları 3:0 hesablı qələbəni qeyri-adi formada qeyd ediblər. Oyundan sonra kapitan Rail Məlikov komanda yoldaşlarını azarkeşlər qarşısına aparıb.
 
Onlar fanatlar qarşısında düzülərək, ermənilərlə döyüşdə şəhid olan hərbçilərimizin xatirəsinə əsgər salamı veriblər. Bundan başqa, qol vuran futbolçular - Aydın Qasımov, Hacı Əhmədov və Mirzağa Hüseynpur da fərqləndikdən sonra eyni addımı atıblar (sportnet.az).


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.