Qol.Az

Kyellini yığmadan gedəcəyi tarixi açıqladı

[01.04.2016]
Kyellini yığmadan gedəcəyi tarixi açıqladı

İtaliya millisinin müdafiəçisi Corcio Kyellini gələcək karyerası haqda danışıb.

Qol.az-ın "Sky Sport"a istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçu "DÇ-2018"dən sonra yığmadakı karyerasını başa vuracağını bildirib:

"İtaliya son iki Avropa çempionatında uğurlu çıxış edib. Bu çempionatların birində finalda, digərində isə 1/4 finalda İspaniyaya penaltilər seriyasında məğlub olduq.

Ancaq dünya çempionatındakı son çıxışımız uğursuz alınıb. Yenidən mundialda oynamaq arzusundayam. Yığmadakı karyeramı major notlarla bitirmək istəyirəm. Düzdür, "DÇ-2018"in final mərhələsinə vəsiqə qazanmaq çətin olacaq. Bizi seçmə mərhələdə çətin oyunlar gözləyir".   


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.