Qol.Az

“DÇ-2026-nı keçirmək haqda düşünmürük” – Azad Rəhimov

[01.04.2016]
“DÇ-2026-nı keçirmək haqda düşünmürük” – Azad Rəhimov

Gənclər və idman naziri Azad Rəhimov 2026-cı il dünya çempionatına Azərbaycan və Türkiyənin namizədliyini irəli sürmək istəyinə dair yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın xəbərinə görə, bu gün jurnalistlərə açıqlamasında o bildirib ki, belə bir məsələ gündəmdə deyil.


Bununla belə, nazir müzakirələrin yerli assosiasiyalar tərəfindən aparılması ehtimalını istisna etməyib: "2026-cı il dünya çempionatının Türkiyə və Azərbaycanda keçirilməsini biz sifariş verməmişik. Biz onu Türkiyə ilə müzakirə etməmişik. Ola bilsin, bu assosiasiyalar səviyyəsində müzakirə olunub. Amma dövlət tərəfindən hazırda bu barədə heç nə düşünülmür".

Qeyd edək ki, mediada FİFA prezidenti Canni İnfantinoya istinadla DÇ-2026-ya Azərbaycan və Türkiyənin də birgə ev sahibliyi etmək istədiyi haqda xəbərlər yayılıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.