Qol.Az

AFFA-dan cəzalar

[01.04.2016]
AFFA-dan cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Topaz Premyer Liqanın 27-ci turunda yol verilən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Topaz Premyer Liqasının XXVII turunun AZAL – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
Topaz Premyer Liqasının XXVII turunun “İnter” – “Neftçi” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.


Topaz Premyer Liqasının XXVII turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 70-ci dəqiqəsində “Sumqayıt” klubunun  futbolçusu Mikayıl Rəhimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib:

Oyunun 70-ci dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Mikayıl Rəhimova sonuncu ümid foluna görə göstərilmiş qırmızı vərəqə  hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunub.

Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVII turunun “Qarabağ” – “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 40-cı dəqiqəsində “Rəvan” klubunun futbolçusu Sahil Cəfərov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.