Qol.Az

Buffon: "Karyeramı 40 yaşında başa vuracam"

[01.04.2016]
Buffon: "Karyeramı 40 yaşında başa vuracam"

"Yuventus"un qapıçısı Canluici Buffon gələcək karyerası haqda danışıb.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, 38 yaşlı qolkiper iki il sonra karyerasını başa vuracağını bildirib:

"Düzünü desəm, 40 yaşımda karyeramı başa vurmaq istəyirəm. Bu isə o deməkdir ki, hələ iki ilim var. Karyeramı bitirdikdən sonra nə edəcəm? Onu deyə bilərəm ki, məşqçi işləmək niyyətində deyiləm. ABŞ və Çinə gedərək skaut kimi fəaliyyət göstərmək istəyirəm".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.