Qol.Az

Hacıyev müalicə üçün Gürcüstana getdi

[31.03.2016]
Hacıyev müalicə üçün Gürcüstana getdi

Topaz Premyer Liqanın 27-ci turunda Neftçi"yə qarşı matçda zədə səbəbindən meydanı tərk edən Bakının "İnter" klubunun kapitanı Nizami Hacıyevin durumuna aydınlıq gəlib.

Qol.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, bu gün həkim müayinəsindən sonra məlum olub ki, yarımmüdafiəçinin əzələsində 10-12 santimetr dartılma var.

Əvvəlki zədəsini yeniləyən N.Hacıyev xüsusi terapiya prosedurundan keçmək məqsədilə bu gün Gürcüstana gedib.

Onun təqribən iki həftə meydanlardan uzaq düşəcəyi güman olunur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.