Qol.Az

Gökhan dopinq cəzasından qurtuldu

[31.03.2016]
Gökhan dopinq cəzasından qurtuldu

"Fənərbaxça"  orqanizmində istifadəsi qadağan olunmuş dərman preparatı aşkarlanan futbolçusu Gökhan Gönül haqda bəyanat yayıb.

Qol.az-ın məlumatına görə, klub rəsmi saytı vasitəsi ilə dərman preparatlarından müalicə məqsədi ilə istifadə etdilərini və bununla bağlı Türkiyə Futbol Federasiyasını məlumatlandırdığını bildirib.

"Fənərbaxça" G.Gönül barədə TFF-nin araşdırma aparmayacağını və futbolçunun cəzalandırılmayacağını açıqlayıb.

Qeyd edək ki, G.Gönül fevralın 12-i "Kasımpaşa" ilə matçda qabırğası qırıldığından "Beşikaş”la oyuna ağrıkəsici iynədən istifadə edərək çıxıb. Oyundan sonra dopinq-testdən keçməli futbolçular sırasında yer alan G.Gönülün analizi müsbət nəticə verib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.