Qol.Az

Almaniya millisi Avropa çempionu olsa...

[31.03.2016]
Almaniya millisi Avropa çempionu olsa...

Almaniya millisinin futbolçuları "Avro-2016"nın qalibi olacağı təqdirdə, ölkənin futbol federasiyası tərəfindən mükafatlandırılacaq.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, milli tarixində 4-cü dəfə Avropa çempionu olsa, oyunçuların hər birinə 300 min  avro məbləğində mükafat veriləcək.

Qeyd edək ki, Almaniya millisi 1972, 1980, 1996-cı illərdə Avropa çempionatının qalibi olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.