Qol.Az

"Traktor Sazi"dən növbəti qələbə

[31.03.2016]
"Traktor Sazi"dən növbəti qələbə

İran çempionatında 24-cü turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, Təbrizin "Traktor Sazi" klubu bu tur səfərdə "Saypa"nın qonağı olub.

Matçın taleyini bir qol həll edib. Görüşün 19-cu dəqiqəsində hesabı açan "Traktor Sazi" üstünlüyünü sonadək qoruyub - 1:0.

Qeyd edək ki, bu qələbədən sonra xalını 38-ə çatdıran "Traktor Sazi" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.