Qol.Az

Mirkamil Rəhimov dəfn edildi

[31.03.2016]
Mirkamil Rəhimov dəfn edildi

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov dəfn olunub.

Qol.az-ın "Report"a istinadən verdiyi məlumata görə, mərhum Xırdalan qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

Dəfndən əvvəl mərhumla vida mərasimi keçirilib. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov olmaqla qurumun nümayəndələri, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyi, müxtəlif federasiya rəsmiləri və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edib.

Üç mərasimi aprelin 2-də 9-cu mikrorayondakı Heydər məscidində olacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.