Qol.Az

Uşaqlar oynadı, valideynlər dalaşdı

[25.03.2016]
Uşaqlar oynadı, valideynlər dalaşdı

İngiltərədə 14 yaşadək futbolçular arasında keçirilən oyun insidentlə yadda qalıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu dəfə futbolçular yox, valideynlər dalaşıb.

Narazılığa referinin 5 dəqiqəyə 3 penalti təyin etməsi və iki futbolçunu meydandan qovması səbəb olub. Bundan sonra valideynlər arasında dava başlayıb. 14 yaşadək futbolçular isə baş verənləri təəccüblə izləyib.

Hadisə yerinə polis çağırılıb. 52 yaşlı valideyn saxlanılıb. İnsident zamanı başından zərbə alan digər valideyn xəstəxanaya aparılıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.