Qol.Az

"Qalatasaray"ın sabiq məşqçisi öldü

[25.03.2016]
"Qalatasaray"ın sabiq məşqçisi öldü

"Qalatasaray"ın 21 yaşadək futbolçulardan ibarət komandasının sabiq məşqçisi Zafer Koç ölü halda tapılıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onun ölümünün səbəbləri hələlik məlum deyil.

Zafer Koç 2 ay öncə işdən çıxarılıb. Həmin vaxtdan depressiyada olan 51 yaşlı mütəxəssis ötən gün evini tərk edib.

Həyat yoldaşı ona dəfələrlə zəng etsə də, o, telefonuna cavab verməyib. Bu gün səhər isə Koçun meyiti mənzillərdən birində tapılıb. Ölümün səbəbinin müəyyənləşdirilməsi üçün onun cənazəsi tibbi ekspertizaya göndərilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.