Qol.Az

Daha bir ulduz futbolçu karyerasını başa vurur

[25.03.2016]
Daha bir ulduz futbolçu karyerasını başa vurur

Argentina millisinin və "İnter"in sabiq futbolçusu Dieqo Milito karyerasını başa vuracaq.

Qol.az-ın Argentina mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə 36 yaşlı futbolçunun özü məlumat verib.

Hazırda ölkəsinin "Rasinq" klubunun şərəfini qoruyan Milito mövsümün sonunda futboldan gedəcəyini bildirib: "Libertadores kubokunda komandanın taleyi həll olunduqdan sonra mənim də karyeram başa çatacaq. Artıq klub prezidenti mənim bu qərarımdan məlumatı var. Əgər komandam yarımfinala qədər irəliləsə, həmin görüşlərdə oynamağa şad olacam".

Qeyd edək ki, Milito 2010-cu ildə "İnter"də Joze Mourinyonun rəhbərliyi altında 5 titul - İtaliya çempionluğunu, İtaliya kubokunu, İtaliya superkubokunu, Çempionlar Liqasını və Klublararası dünya çempionluğunu qazanıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.