Qol.Az

“Səhvləri düzəldərək inkişaf etməliyik” – Tərlan Əhmədov

[20.03.2016]
“Səhvləri düzəldərək inkişaf etməliyik” – Tərlan Əhmədov

"Zirə” ilə oyunun ağır keçəcəyini bilirdik. Bu komanda yeni yaranmış komanda olsa da, öz sözünü deyir. "Zirə"yə evdə qalib gələ bilmişdik”.

Qol.az-ın Sportnet.az saytına istinadən yaydığı xəbərə görə, bu fikirləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "CBC Sport”a açıqlamaslnda deyib.

Bu gün Premyer Liqada "Zirə”yə səfərdə 2:4 hesabı ilə uduzduqları oyunu dəyərləndirən çalışdırıcı meydana qalib gəlmək üçün çıxdıqlarını bildiirb: "Bizim də Avroliqaya çıxmaq şansımız var və bunun üçün mübarizə aparırıq. Futbolun gözəlliyi qollardadır. Bu gün 6 qol oldu. Qalib də gələ bilərdik. Ancaq rəqib əks-hücumlardan daha yaxşı yararlana bildi. Bir az da standart vəziyyətlərdə diqqətsizlik məğlubiyyətimizə gətirdi. Ancaq futbolçularımızdan tam razıyam. Səhvsiz iş olmur. Futbol da oyundur və böyük səhvlər var. Bunları düzəldərək inkişaf etməliyik. Rəqibi təbrik edirəm. Bizi qarşıda "Qəbələ” ilə ağır oyun gözləyir”.

Oyunda etdiyi gec əvəzləmələrə toxunan Əhmədov ehtiyatda olan futbolçuların tam hazır olmamağı fikri ilə razılaşmayıb: "Ruslan Nəsirlini dəyişmək üçün elə bir ehtimal yox idi. O qol da vurmuşdu. Sadəcə, bu futbolçunun getikcə sürəti, tepmi aşağı düşürdü. Ona görə Nuqzar Kvirtiyanın həmin mövqeyə buraxmaq qərarına gəldim. Sonda isə iki hücumameyilli futbolçunu meydana buraxdım. Hesab 2:2 olandə oyunun bu məcraya gəlib çatacağını düşünmürdüm. Ancaq san saydığını say, gör fələk nə sayır”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.