Qol.Az

Adil Şükürov: “Həmin zərbələr bizim üçün siqnal idi”

[20.03.2016]
Adil Şükürov: “Həmin zərbələr bizim üçün siqnal idi”

"Oyun ağır alındı. Bu komanda bizi ikinci dövrədə məğlub etmişdi. Bizim üçün çox çətin rəqibdir. Bu dəfə çox gərgin matç oldu”.

Qol.az-ın  Sportnet.az saytına istinadən yaydığı xəbərə  görə, bu fikirləri "Zirə”nin baş məşqçisi Adil Şükürov "CBC Sport”a açıqlamasında deyib.
Premyer Liqada AZAL-a öz meydanında 4:2 hesabı ilə qalib gəldikləri bugünkü oyun haqda düşüncələrini bölüşən baş məşqçi həmkarı Tərlan Əhmədovun ünvanına xoş sözlər işlədib:

"AZAL bugünkü gündə hər bir rəqibdən xal ala, qalib gələcək komandadır. Buna görə Tərlan müəllimə böyük minnətdarlıq düşür ki, belə bir komanda yarada bilib. Gördüyünüz kimi, bizdə oyundan-oyuna döyüşkənlik, mübarizlik artır. Bunda da azarkeşlərimizin böyük rolu var. Onlar hər bir oyunda, istər evdə, istərsə də səfərdə bizi dəstəkləməyə gəlirlər ki, buna görə "çox sağ ol” deyirəm. AZAL-ın oyun üslubunu bilirdik. Bizim oyun üslubu kimi olan komandadır. AZAL hücuma çıxan zamanı müdafiəsində yaranan boşluqdan istifadə edə bildik və qollar vurduq".

Şükürov oyun ərzində bəzi epizodlarda bəxtlərinin gətirmələri fikri ilə razılaşıb: "Futbolda belə şeylər olur. Bəxtin gətirərək top qapından keçmir və bu, oyunun dönüş nöqtəsi olur. Həmin zərbələr, topun qapı dirəyin, tirinə dəyməsi bizim üçün siqnal idi. Biz də bundan sonra qo imkanlarımızdan istifadə edə bilərək qalib gəldik”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.