Qol.Az

Svanadze qələbəni şərh etdi

[20.03.2016]
Svanadze qələbəni şərh etdi

“İnter”in baş məşqçisi Zaur Zvanadze   Topaz Premyer Liqanın 26-cı turunda səfərdə “Xəzər Lənkəran”a qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Xəzər Lənkəran”a qarşı oyunlarımız həmişə çətin olub. Rəqib var gücünü ortaya qoydu. Düşünürəm ki, vacib 3 xal qazandıq. Qarşıda 10 gün istirahətimiz var. Yaxşı istirahət edib, qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq.
 
- İlk hissədə Abbas Hüseynovla İlkin Qırtımov cinahlarda daha yaxşı oynayırdı. Amma ikinci hissədə bunu görə bilmədik. Səbəbi nə idi?

- Yorğunluq. Onlar oyunboyu hərəkət edirdilər. Düşünürəm ki, yorğunluq onların oyununa təsir etdi.
 
- Komandanız bəzi epizodlarda "dişsiz” oldu. Qol epizodlarınızdan yararalana bilmədiniz. Bu, nə ilə bağlıdı?

- Qol vurmaqda çətinlik var. Bu, komadamızın problemidir. Bunun üzərində çalışırıq. Əlimizdə olan imkanlar bu qədərdir. Çatışmamazlıqları aradan qalmaq üçün çox çalışırıq. Vüqar Nadirov və Sezar Meza Kolli bir müddət futbolsuz qaldı. Bu hal onların tez yorulmağına səbəb olur. Ehtiyat oyunçular skamiyasında futbolçu azlığı işimizə mane olur.
 
- Gələcəkdə hücumçu problemini aradan qaldırmaq üçün nə etməyi düşünürsünüz?

- Rəhbərlik də bizə güclənmək lazım olduğunu bilir. 22 futbolçumuzdan 5-i gəncdi. Mövsümü major notlarla başa vursaq, güclənmək barədə düşünüəcəyik. (Futbolinfo.az)


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.