Qol.Az

Mourinyo “Mançester Yunayted”lə ilkin müqavilə imzalayıb – iddia

[20.03.2016]
Mourinyo “Mançester Yunayted”lə ilkin müqavilə imzalayıb – iddia

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo “Mançester Yunayted”lə ilkin müqavilə imzalayıb.

Qol.az xəbər verir ki, “El Pais” qəzeti iddia edib ki, razılığa əsasən, tərəflər mayın 1-dək yekun müqavilə imzalamalıdır. Əks halda “MY” portuqaliyalı mütəxəssisə 5 milyon funt (6,5 milyon avro) ödəməlidir. Əgər müqavilə bu il iyunun 1-dək imzalanmasa, o zaman Mourinyo klubdan daha 10 milyon funt (13 milyon avro) alacaq.
 
Əgər məşqçi özü hansısa səbəbdən “MY”də işləməkdən imtina edərsə, bu halda o, kluba təzminat ödəməli olacaq (məbləğ açıqlanmayıb).


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.