Qol.Az

Bakıdakı “Formula 1”in səfiri ciddi qəzaya düşdü (VİDEO)

[20.03.2016]
Bakıdakı “Formula 1”in səfiri ciddi qəzaya düşdü (VİDEO) Bugünlərdə Bakıda səfərdə olan, ölkəmizdə keçiriləcək “Formula 1”in səfiri, dünya çempionu Fernando Alonso qəzaya uğrayıb.

Qol.az-ın xəbərinə görə, dünən Avstrariya qran-prisində Alonso və digər idmançı Estaben Qutyerres qəzaya düşüb. Hadisə Fernando Alonso rəqib maşını keçmək istəyərkən baş verib. Maşın trasdan kənara uçaraq, hasara dəydikdən sonra çevrilib və təkərləri yerindən çıxıb. Maşın tam sıradan çıxsa da, Alonsonun özü zədələnməyib.

Alonso özü avtomobildən düşərək həkimlərin yanına gedə bilib. Qəzadan sonra təşkilatçılar yarışı müvəqqəti olaraq dayandırıblar.



<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.