Qol.Az

Möhtəşəm derbi: “Qalatasaray”, yoxsa “Fənərbaxça”?

[20.03.2016]
Möhtəşəm derbi: “Qalatasaray”, yoxsa “Fənərbaxça”?

Bu gün Türkiyə futbolunda növbəti derbi günüdür.

Qol.az-ın xəbərinə görə, 26-cı turun son oyununda əzəli rəqiblər “Qalatasaray”la “Fənərbaxça” növbəti dəfə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 22.00-da başlanacaq oyun “sarı-qırmızılılar”ın meydanı olan “Türk Telekom Arena”da keçiriləcək. Bu arenada adları çəkilən iki komanda arasında bütün qarşılaşmalarda qol vurulub.

“Qalatasaray”ın son vaxtlar zəif çıxışına baxmayaraq, bugünkü qarşılaşmanı stadionda 40-45 min azarkeşin izləyəcəyi gözlənilir.

Qeyd edək ki, bu, “Qalatasaray”ın yeni baş məşqçisi Jan Olde Riekernikin rəhbərliyi altında ilk oyunu olacaq.


25 turdan sonra "Fənərbaxça" 59 xalla 2-ci, "Qalatasaray" 39 xalla 5-cidir.

Əlavə edək ki, bukmeyker kontorları bu oyunda “Fənərbaçxa”nın uğuruna inanırlar. “Topaz” “Fənərbaxça”nın qələbə əmsalını 1.80, “Qalatasaray”ın qələbə əmsalını 3.30 kimi dəyərləndirib. Heç-heçənin əmsalı 3.10-dur.
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.