Qol.Az

FİFA-dan türk futbolçuya 4 aylıq cəza

[18.03.2016]
FİFA-dan türk futbolçuya 4 aylıq cəza

FİFA "Bayer" (Leverkuzen) klubunun futbolçusu Hakan Çalhanoğlunu cəzalandırıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna 22 yaşlı futbolçunun "Tabzonspor"a transferi zamanı yol verilən qayda pozuntusu səbəb olub.

17 yaşında olarkən Almaniyanın "Karlsrue" klubunda çıxış edən türkiyəli futbolçu 2011-ci ildə "Trabzonspor"la müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə Çalhanoğlu 2012/2013 mövsümündən Trabzon təmsilçisində çıxış etməli idi. Lakin müqavilənin şərtlərinə əməl etməyən H.Çalhanoğlu "Hamburq"a transfer olunub. 

Bundan sonra hərəkətə keçən "Trabzonspor" klubu FİFA-ya şikayət edib. Məsələ ilə bağlı araşdırma aparan FİFA Hakan Çalhanoğlunu 4 ay müddətinə futboldan kənarlaşdırıb.

Lakin Türkiyə millisinin üzvü cəzadan dərhal sonra İdman Araşdırmalar Məhkəməsinə (CAS) müraciət edib ki, adı çəkilən qurum da məsələ ilə bağlı araşdırmanı müvəqqəti olaraq dayandırmaq qərarı verib. Bu isə o deməkdir ki, CAS-ın qərarı açıqlanana qədər Çalhanoğlu futbol oynamağa davam edəcək. Araşdırmaların bir neçə ay davam edəcəyi gözlənilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.