Qol.Az

Avropa Liqası: 1/4 finalın cütlükləri müəyyənləşdi

[18.03.2016]
Avropa Liqası: 1/4 finalın cütlükləri müəyyənləşdi

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.

Qol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 1/4 finalın cütlükləri müəyyənləşib.  

Çempionlar Liqasında olduğu kimi Avropa Liqasında da İspaniya 1/4 finalda 3 klubla təmsil olunub. Püşk bu turnirdə də iki ispan klubu - "Atletik" (Bilbao) və "Sevilya"nı üz-üzə qoyub. 

Qeyd edək ki, Avropa Liqasında 1/4 finalın ilk oyunları aprelin 7-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.



Avropa Liqasında 1/4 finalın cütlükləri:

"Braqa" (Portuqaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

"Vilyareal" (İspaniya) - "Sparta" (Çexiya)

"Atletik" (Bilbao, İspaniya) - "Sevilya" (İspaniya)

"Borussiya" (Dortmund, Almaniya) - "Liverpul" (İngiltərə)


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.