Qol.Az

Çempionlar Liqasında ispan derbisi

[18.03.2016]
Çempionlar Liqasında ispan derbisi

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.

Qol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 1/4 final cütlükləri müəyyənləşib.

Bu mərhələdə İspaniya 3, Almaniya 2, İngiltərə, Portuqaliya və Fransa isə hərəyə 1 klubla təmsil olunur. Püşk İspaniyanın iki klubu - "Barselona" və "Atletiko"nu üz-üzə qoyub.

Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın oyunları 5/6 və 12/13 aprel tarixlərində keçiriləcək.



Çempionlar Liqasında 1/4 finalın cütlükləri:

"Volfsburq" (Almaniya) - "Real" (Madrid, İspaniya)

"Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya)

"Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya)

PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə)


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.