Qol.Az

Robben Hollandiya millisində oynamaqdan imtina etdi

[18.03.2016]
Robben Hollandiya millisində oynamaqdan imtina etdi

"Bavariya"nın yarımmüdafiəçisi Aryen Robben Hollandiya millisinin düşərgəsinə yollanmaqdan imtina edib.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna 32 yaşlı futbolçunun zədəsini hələ də sağaltmaması səbəb olub.

Qasıq nahiyyəsindən zədələnən hollandiyalı futbolçu Çempionlar Liqasında 1/8 finalın "Yuventus"la cavab görüşünü (4:2) də buraxmaq məcburiyyətində qalıb. Özünü riskə atmaq istəməyən Robben Hollandiya millisinin Fransa və İngiltərə yığmaları ilə keçirəcəyi yoldaşlıq görüşlərində oynamaqdan imtina edib.

Qeyd edək ki, cari mövsüm 22 oyuna çıxan Robben 7 qol vurub və 3 məhsuldar ötürmə verib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.