Qol.Az

"Kəpəz" derbinin hazırlığına başlayır

[15.03.2016]
"Kəpəz" derbinin hazırlığına başlayır

Topaz Premyer Liqanın XXV turu çərçivəsində keçirilən “Kəpəz” – “Xəzər Lənkəran” oyunundan (2:0) sonra istirahətə buraxılan Gəncə klubunun üzvləri bu gün bir araya gələcək.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda həftəsonu “Neftçi” ilə keçiriləcək səfər oyununa Bakıda hazırlığına başlayacaq.

“Sarı-göylər” həftəiçi hər gün saat saat 12:00-da məşqə çıxacaq.
“Kəpəz” qarşıdakı matç öncəsi son məşqini görüşə ev sahibliyi edəcək “Bakcell Arena”da keçirəcək.

Qeyd edək ki, “Neftçi” – “Kəpəz” görüşü martın 19-u saat 18:00-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.