Qol.Az

“Milan” futbolçusunu Azərbaycanla oyuna buraxmayıb

[15.03.2016]
“Milan” futbolçusunu Azərbaycanla oyuna buraxmayıb

Bu gün 19 yaşadək futbolçulardan ibarət millimiz (U-19) Monteneqro yığması ilə yoldaşlıq matçı keçirəcək.

Bu münasibətlə Monteneqro U-19-nun baş məşqçisi Aleksandar Milyenoviç 19 futbolçuya dəvət göndərib. O, Serbiya və Çexiyada çıxış edən 3 legioneri heyətə dəvət edə bilsə də, Fransa və İtaliyada oynayan futbolçularını müəyyən səbəblərə görə Azərbaycanla matçlara çağıra bilmədiyini qeyd edib:

"Biz komandaya 3 debütant - Peyoviç, Vukçeviç və Biqoviçi dəvət etmişik. Bu siyahıda Fransanın "Mets" klubunda oynayan Belmin Murtoviç də olmalıydı. Ancaq zədəsi olduğundan, bu dəfə iştirak etməyəcək. "Milan"da oynayan Kristian Xaciosmanoviç isə klubu qarşısında öhdəlikləri üzündən bu toplanışı buraxmalı oldu. Bu 2 oyun vasitəsilə digər namizədləri yoxlamaq imkanımız var. Beləliklə, bütün dəvət olunmuş oyunçuların özünü göstərmək şansı mövcuddur" (qaynar.info).


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.