Qol.Az

Van der Sar qayıdışını penalti dəf etməklə qeyd etdi (VİDEO)

[13.03.2016]
Van der Sar qayıdışını penalti dəf etməklə qeyd etdi (VİDEO) 2011-ci ildə karyerasını bitirən məşhur qapıçı Edvin van der Sar yenidən yaşıl meydanlara dönüb.
 
Qol.az-ın məlumatına görə, 45 yaşlı qolkiper gənclik illərində formasını geydiyi "Nordveyk” komandasının heyətində oyuna çıxıb.

Təcrübəli qapıçı "Yodan Boys”la qarşılaşmada 90 dəqiqə meydanda olub. O, penalti zərbəsini dəf etməklə yadda qalıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, hollandiyalı veteran qapıçı "Nordveyk”ə bir oyunluq qayıdıb. O, zədə səbəbindən qapıçısız qalan sabiq komandasına kömək məqsədilə bu addımı atıb.



<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.