Qol.Az

“Qalatasaray”a qayıtmaq istəyirəm” – Felipe Melo

[13.03.2016]
“Qalatasaray”a qayıtmaq istəyirəm” – Felipe Melo “Qalatasaray”dan “İnter”ə transfer olunan Felipe Melo komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, braziliyalı futbolçu Türkiyə mətbuatına açıqlamasında sabiq komandasına qayıtmaq istədiyini deyib:

”Qalatasaray”a qayıtmaq. Azarkeşlər və sabiq komanda yoldaşlarım üçün çox darıxıram. Ancaq hazırda maliyyə sıxıntıları olan “Qalatasaray”ın transfer etməsi çətin görünür. Yəqin ki, tezliklə vəziyyət düzələr və “Qalatasaray”ı yüksəklərə qaldırarıq".

Qeyd edək ki, Melo “İnter”in heyətində keçirdiyi 19 oyunda 1 qol vurub. Daha çox kobud oyunu ilə yadda qalan yarımmüdafiəçi 5 sarı iki qırmızı vərəqə ilə cəzalanıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.