Qol.Az

Şahin Diniyev: "Meydana üç xal üçün çıxacağıq"

[12.03.2016]
Şahin Diniyev: "Meydana üç xal üçün çıxacağıq"

“Rəvan” üzərindəki qələbədən sonra uğurlu çıxışımızı sürdürmək üçün “Xəzər Lənkəran”a qarşıda görüşdə də qələbə qazanmaq istəyirik. Liderlər qrupundan uzaqlaşmamaq üçün üç xala ehtiyacımız var. Amma bu, o qədər də asan olmayacaq. Rəqibin heyəti gənc və təcrübəli oyunçulardan qurulub”.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 25-ci turunda "Xəzər Lənkəran"la oyun öncəsi klubun saytına deyib.


O, Lənkəran təmsilçisi ilə əvvəlki matçlara da toxunub:

 “Lənkəran klubu hər dəfə bizə problem yaradır. Çempionatda cənub təmsilçisini məğlub etsək də, kubokda bizi mübarizədən çıxartdılar. “Neftçi” ilə kubok oyununda da evdə qələbə qazandılar. Bu onu göstərir ki, asan rəqib deyillər. Onların müdafiəsini yarmaq üçün xeyli güc sərf etməli olacağıq".


Ş.Diniyev meydana üç xal üçün çıxacaqlarını vurğulayıb:

"Amma qələbə qazanmaq asan olmayacaq. Bunun üçün meydanda mübarizə aparmalıyıq”.

Ş. Diniyev heyətdəki itkilər haqda da danışıb:

“Müdafiə xəttinin cinahlarında çıxış edən futbolçular sarıdan heyətimiz kasaddır. Cinah müdafiəçilərinin cəzalı olması və onların mövqeyində oynayan ehtiyat futbolçumuzun olmaması bizə problemlər yaradacaq. Amma “Kəpəz” yalnız bu oyunçulardan ibarət deyil. Çalışacağıq ki, onların yerini dolduraq”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.