"Los Angeles Qalaksi" klubunun futbolçusu Stiven Cerard maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.az-ın "The Telegraph"a istinadən verdiyi məlumata görə, ingilis futbolçu Amerikadakı həyat təzinin daha rahat olduğunu bildirib:
"Amerikada məni hər şey qane edir. Burada məni tanımırlar. Çünki futbol burada 5 və ya 6-cı populyar oyundur. Ona görə də ABŞ-da digər idman növləri ilə məşğul olanlar daha məşhurdurlar, nəinki Premyer Liqadan gələn futbolçular. Bununla belə, Amerikadakı həyat tərzi mənim üçün daha rahatdır. Çünki burada sərbəst olaraq evdən çölə çıxıram, kafedə oturub kofe içirəm, kinoya da baxmağa gedə bilirəm. Bir sözlə, buradakı həyatımdan zövq alıram".
Qeyd edək ki, 17 il "Liverpul"un şərəfini qoruyan Cerard 2015-ci ilin yayından "Los Angeles Qalaksi"də çıxış edir.