Qol.Az

"İnter"in yenilənmiş saytı istifadəyə verildi (FOTOLAR)

[12.03.2016]
"İnter"in yenilənmiş saytı istifadəyə verildi (FOTOLAR)

Bu gün “İnter Arena”da “İnter”in yenilənmiş rəsmi saytının təqdimat mərasimi keçirilib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə klub prezidenti Rəşad Qasımov, baş sponsor Azərbaycan Beynəlxalq Bankın nümayəndələri və media mənsubları iştirak edib.

O, Azərbaycan futbolunun inkişafına çalışdıqlarını və AFFA və Peşəkar Futbol Liqasının da dəstəyini hiss etdiklərini vurğulayıb: "Çünki klubların inkişafın da onların da rolu var".

Daha sonra komandanın 3 futbolçusu - Ruslan Əmircanov, İlkin Qırtımov və Fuad Bayramov qonaqlar önünə dəvət edilib və onların rəmzi düyməni basması ilə saytın fəaliyyəti aktiv olunub.

Futbolçulara təşəkkürünü bildirən R.Qasımov qonaqları sayt barədə hazırlanmış videoçarxa baxmağa dəvət edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.