Qol.Az

Runi "Avro-2016"da oynayacaq?

[12.03.2016]
Runi "Avro-2016"da oynayacaq?

"Mançester Yunayted"in hücumçusu Ueyn Runi yaşıl meydanlara daha tez qayıdacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçu aprelin əvvəllərindən məşqlərə başlaya biləcək.

Fevralın 13-də zədələnən ingilis futbolçunun iki ay yaşıl meydanlardan kənarda qalacağı söylənilirdi. Hətta onun "Avro-2016"nın final mərhələsində iştirakı da sual altında idi. Lakin zədəsini gözləniləndən də tez sağaldan Runi Fransada keçiriləcək Avropa çempionatında İngiltərə millisinə kömək edə biləcək.

Qeyd edək ki, "Avro-2016"nın B qrupunda yer alan İngiltərə millisi Rusiya, Uels və Slovakiya yığmaları ilə qarşılaşacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.