Qol.Az

UEFA "Sparta" və "Latsio"nu cəzalandıracaq

[12.03.2016]
UEFA "Sparta" və "Latsio"nu cəzalandıracaq

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Sparta" - "Latsio" oyunu (1:1) ilə bağlı araşdırmalara başlayıb.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna hər iki komandanın azarkeşlərinin qaydalara zidd davranışları səbəb olub.

Meydan sahibi komandanın azarkeşləri qadağan olunmuş banner açmaqda və pirotexniki vasitələrdən istifadədə ittiham olunur. "Latsio"nun azarkeşləri isə Praqa təmsilçisinin heyətində çıxış edən Kosta Namoynesuya qarşı irqçi şüarlar səsləndirdiyi üçün cəzalandırılacaq.

Qeyd edək ki, UEFA İntizam Komitəsi baş verənlərlə bağlı qərarını martın 22-də açıqlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.