Mövsümün sonunda iki futbolçu "Barselona"dan ayrıla bilər.
Qol.az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, bunlar Mark Bartra və Adrianodur.
Kataloniya təmsilçisi hər iki futbolçu ilə yollarını ayırmağa hazırdır. Bartradan fərqli olaraq Adriano "Barselona"dan ayrılmaq istəmir. Hər iki futbolçunun yeni mövsümdən karyeralarını hansı klubda davam etdirəcəyi məlum deyil.
Qeyd edək ki, Bartra və Adriano 2010-cu ildən "Barselona"nın şərəfini qoruyur.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə