Qol.Az

Buffondan yeni rekord

[12.03.2016]
Buffondan yeni rekord

"Yuventus"un qapıçısı Canluici Buffon yeni rekorda imza atıb.

Qol.az-ın məlumatına görə, 38 yaşlı qolkiper buna "Sassuolo" ilə A Seriya matçında nail olub.

Turin təmsilçisinin 1:0 hesabı ilə qalib gəldiyi görüşdə Buffon qapısının toxunulmazlığını qoruyaraq klubun əfsanəsi Dino Zoffun 903 dəqiqəlik rekordunu yeniləyib.

Ümumilikdə 926 dəqiqədir qapısında qol görməyən italiyalı qolkiper 1994-cü ildə "Milan"ın qapısını qoruyan Sebastiano Rossinin 929 dəqiqəlik A Seriya rekordunu təzələməyə çox yaxındır. Bunun üçün Buffona daha 4 dəqiqə qapısını toxunulmaz saxlamaq kifayət edəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.