"Barselona"nın baş məşqçisi Luis Enrike növbəti açıqlama verib.
Qol.z-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, bu mövsüm La Liqada əsas rəqiblərinin "Real" yox, "Atletiko" olduğunu söyləyib:
"Əsas rəqibimiz "Atletiko"dur. Çünki onlar turnir cədvəlinin ikinci pilləsində qərarlaşıblar. "Real" isə üçüncüdür. Lider olmağa layiqik. Ancaq hələ görəcəyimiz çox iş var.
Qeyd edək ki, lider "Barselona" "Atletiko"nu 8, "Real"ı isə 12 xal qabaqlayır
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə