Qol.Az

“Kəpəz”in futbolçusu: “Kim daha hazırlıqlıdısa, ona da şans verilir”

[11.03.2016]
“Kəpəz”in futbolçusu: “Kim daha hazırlıqlıdısa, ona da şans verilir”

“Rəqibin kimliyinin fərqi olmamalıdır. Liderlərə qarşı necə hazırlaşırıqsa, aşağı pillələrdə gedən komandalara da qarşı o cür məşq etməliyik”.


Qol.Az-ın məlumatına görə, “Kəpəz”in futbolçusu Tural Nərimanov  Topaz Premyer Liqanın 25-ci turunda “Xəzər Lənkəran”la oyun öncəsi klubun saytına deyib.

O, komandada əhval-ruhiyyənin  yaxşı olduğunu bildirib: "Həvəslə məşq edirik. Plan üzrə hazırlaşırıq. İnşallah, doğma meydanda qələbə qazanıb, azarkeşlərimizi sevindirərik”.
 
T.Nərimanov  cəza səbəbindən Lənkəran təmsilçisi ilə matçı buraxacaq Şəhriyar Rəhimov və Şəhriyar Əliyev haqda da danışıb:

“Hər ikisi komandanın əsas oyunçularıdır, onların meydanda olmaması oyunumuza təsir edə bilər. Əgər baş məşqçimiz şans versə, oynamağa hazıram. Cinahlarda yox, əsasən müdafiənin mərkəzində çıxış etmişəm. Məşqçilər hansı mövqedə desə, orada oynamağa hazır olmalıyıq”.
 
“Kəpəz”in heyətində mərkəz müdafiəçisi mövqeyində dörd futbolçu oynayır. Məşqçilər heyəti Tərlan Quliyev və Şəhriyar Əliyev əsas heyətdə yer verirsə, Nərimanovla Azad Kərimov ara-sıra meydanda görünür:

“Rəqabət nə qədər çox olarsa, ümumi işimizə bir o qədər xeyir dəyər, inkişaf olar. Dördümüz də çalışırıq ki, məşqlərdə özümüzü yaxşı tərəfdən göstərək. Kim daha hazırlıqlıdısa, ona da şans verilir. Həmin futbolçu da özünü doğrultmalıdır. Mərkəz müdafiəçilərinin çoxluğu həm komandaya, həm də bu mövqedə oynayan futbolçulara müsbət təsir edir” - deyə o bildirib.
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.