Qol.Az

Azar “Çelsi”ni ittiham etdi

[11.03.2016]
Azar “Çelsi”ni ittiham etdi

“Oğlumun bu ilin yanvar ayında qasıq zədəsi alması onun istənilən səviyyədə oynamasına maneçilik törədir. Bundan başqa, klub onun lazımi bərpa prosesi keçməsinə əngəl olur”.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri “Çelsi”nin belçikalı futbolçusu Eden Azarın atası Tyerri Azar bildirib.

“Bu problem bir neçə aydır davam edir. Zədə ciddi deyil. Amma ağrılar başlayanda sanki ayağa bıçaqla zərbə endirirlər. Eyni hal bu həftə PSJ ilə Çempionlar Liqasının oyununda da baş verdi. Buna görə də o, 77-ci dəqiqədə əvəzlənməsini istədi” – deyən T.Azar “Çelsi”ni oğlunun səhhətinə qeyri-ciddi yanaşmaqda ittiham edib:

“Çelsi” Edenə bərpa olunması, zədəsinin sağalması üçün vaxt vermək əvəzinə, vacib matç olduğunu əsas gətirərək onu PSJ ilə oyuna buraxdı və istirahətinə mane oldu. Edenin seçim imkanı yox idi”.

T.Azar oğlunun məhz davam edən zədəsinə görə son vaxtlar istənilən oyunu sərgiləyə bilmədiyini söyləyib: “Eden birinci dəfədir belə halla üzləşir. Onun formadan düşməsinə normal yanaşmaq lazımdır. O, maşın deyil”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.