Qol.Az

Maklaren getdi, Benites gəlir

[11.03.2016]
Maklaren getdi, Benites gəlir

"Nyukasl" baş məşqçisi Stiv Maklarenlə yollarını ayırıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Premyer Liqa təmsilçisinin cari mövsüm uğursuz çıxışı səbəb olub.

Mövsümün əvvəlindən "Nyukasl"ı çalışdıran Maklarenin komandası hazırda turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Komandanın hazırkı durumundan narazı qalan rəhbərlik Maklarenlə yolları ayırmaq qərarına gəlib.

Qeyd edək ki, "Nyukasl"da baş məşqçi vəzifəsinə Rafael Benitesin gətiriləcəyi gözlənilir.    


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.