Qol.Az

Güləşçimiz Avropa çempionu oldu

[11.03.2016]
Güləşçimiz Avropa çempionu oldu

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

Qol.az-ın məlumatına görə, yarışların dördüncü günündə 58 və 69 kq çəkidə qadın, 70 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb.

 

Sərbəst güləş

58 kq
 
Güləşçimiz Natalya Sinişin mübarizəyə 1/8 finalda Veronika İvanova (Belarus) ilə üz-üzə gəlib və 4:2 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Ukrayna idmançısı Qanna Vasilenko ilə qarşılaşıb. Rəqibini 5:0 hesabı ilə məğlub edən Sinişin yarımfinalda isveçli Elin Yohanna Nilssondan güclü olub - 12:0. Bu qələbə sayəsində finala adlayan təmsilçimiz həlledici görüşdə həlledici görüşdə Qrays Yakob Bullenlə (Norveç) güləşib. N.Sinişin bu görüşdə 3:1 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.


69 kq

Gözəl Zutova mübarizəyə 1/8 final mərhələsindən qoşulub. Təmsilçimizin rəqibi  Dalma Caneva (İtaliya) olub.  Bu görüşdə G.Zutova 3:5 hesabı ilə uduzub.


70 kq

Bu çəkidə ölkəmizi təmsil edən Gitinomaqomed Hacıyev 1/8 finalda Azamat Nurikovla (Belarus) qarşılaşıb və uduzub - 5:7.


125 kq

Komandamızın ən ağır çəkili güləşçisi Cəmaləddin Məhəmmədov 1/8 finalda  Vladislav Baytçayevlə (Rusiya) qarşılaşıb və 6:3 hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə Ukrayna güləşçisi Alan Zaseyevlə güləşib. Lakin Məhəmmədov bu görüşdən məğlub ayrılıb - 2:6.

Qeyd edək ki, yığmamızın üzvləri yarışların dördüncü günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik (48 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) və Hacı Əliyev (61 kq) bürünc medal qazanıblar.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.