"Real" (Madrid) qapıçısı Keylor Navasla müqavilə yeniləməyə hazırlaşır.
Qol.az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, "kral klubu" kosta-rikalı qolkiperə mövsümün sonunda yeni müqavilə təklif edəcək.
Navasın çıxışından razı qalan "Real"ın baş məşqçisi Zinəddin Zidan da başqa qapıçıya ehtiyac duymadıqlarını bildirib. Klubla mövcud müqaviləsi 2020-ci ildə başa çatacaq 29 yaşlı qapıçı ilinə 2 milyon avro qazanacaq.
Qeyd edək ki, Kosta-Rika millisinin qapıçısı olan Navas 2014-cü ildən "Real"ın şərəfini qoruyur.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə