"Palermo"da növbəti baş məşqçi dəyişikliyi gerçəkləşib.
Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, komanda Valter Novelinoya tapşırılıb.
62 yaşlı mütəxəssis mövsümün sonuna qədər "Palermo"nu çalışdıracaq. Novelino cari mövsüm "Palermo"nun 8-ci baş məşqçisi olub. Buna qədər Cüzeppe Yakini (iki dəfə), David Ballerdine, Fabio Viviani, Gilermo Skelotto, Covanni Tedesko və Covani Bosi A Seriya təmsilçisində baş məşqçi vəzifəsini yerinə yetirib.
Qeyd edək ki, "Palermo" A Seriyasında geridə qalan 28 turdan sonra 27 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə