Qol.Az

Pele şəxsi əşyalarını satışa çıxarır

[10.03.2016]
Pele şəxsi əşyalarını satışa çıxarır

Dünya futbolunun canlı əfsanəsi Pele 2 minə yaxın şəxsi əşyasını hərraca çıxaracaq.

Qol.Az-ın "Röyters" agentliyinə istinadən yaydığı xəbərə görə, bu əşyalar arasında onun 1958, 1962, 1970-ci illərdə keçirilən dünya çempionatlarında qazandığı qızıl medallar və Jül Rim adına mükafatın nüsxəsi də var.

Hərrac iyunun 7-dən 9-dək Londonda keçiriləcək. Əldə edilən gəlirin bir hissəsi Braziliyanın Kuritiba şəhərindəki uşaq xəstəxasına köçürüləcək.

Qeyd edək ki, 75 yaşlı Pele futbolçu karyerasını 1977-ci ildə başa vurub. O, Braziliya millisi ilə çıxış etdiyi 92 oyunda 77 qol vurub


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.