"Barselona" futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalayacaq.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun idman direktoru Rober Fernandes məlumat verib:
" Messi ilə müqavilənin müddəti 2021-ci ilin yayına kimi uzadılacaq. O, dünya futbol tarixinin ən yaxşı oyunçusudur".
Qeyd edək ki, Messinin Kataloniya klubu ilə hazırkı müqaviləsi 2018-ci ilin yayı başa çatır.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə